SON DƏQİQƏ

Türkiyədən sərt çıxış

Tarix:

12-03-2020, 12:51

/ 1 972 dəfə oxundu.
Türkiyədən sərt çıxış

 Rusiyanın hərbi heyəti ilə danışıqlar davam edir və razılıq əldə olunub”.
Bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
Nazir bildirib ki, Suriyanın İdlib şəhəri ilə bağlı əldə olunan atəşkəs pozularsa, Suriya rejiminin hücumları davam edərsə, Türkiyə qaldığı yerdən mübarizəyə davam edəcək: "Onların canını yandırmağa davam edəcəyimizi söylədik. İdlibdə bütün ünsürlərimizlə varlığımızı qoruyuruq. Geri çəkilmə müzakirə mövzusu belə deyil. Bölüklərimiz mövqelərini mühafizə edir”.
H.Akar qeyd edib ki, Hərbi Hava Qüvvələri İraqın şimalında Milli Kəşfiyyat İdarəsi ilə koordinasiyalı əməliyyatda KCK təşkilatının idarə heyətindən biri qadın olmaqla, beş terrorçusunu zərərsizləşdirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri fevralın sonu-martın əvvəllərində Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejimi və dəstəkçilərinə (İran və Rusiya) qarşı "Bahar qalxanı” əməliyyatını həyata keçirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ