SON DƏQİQƏ
» » Türkiyənin Baş Qərargah rəisi: “Əl-Bab tam nəzarət altındadır”

Türkiyənin Baş Qərargah rəisi: “Əl-Bab tam nəzarət altındadır”

Tarix:

24-02-2017, 22:48

/ 4 055 dəfə oxundu.
Türkiyənin Baş Qərargah rəisi: “Əl-Bab tam nəzarət altındadır”

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Fərat Qalxanı” əməliyyatı məqsədinə nail olub.

 Xəbər verilir ki, bunu Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar bəyan edib.

"Əl-Bab şəhəri tam nəzarət altındadır. Əməliyyatın əvvəlində planlaşdırılan bütün məqsədlərə nail olunub. Bundan sonra həyatın normallaşması, yerli əhaliyə evlərinə qayıtmaq üçün yardım ediləcək”, deyə H.Akar bildirib.

Türkiyənin Baş Qərargahı fevralın 23-də Suriyanın Əl-Bab şəhərinin terrorçulardan tam təmizləndiyini bəyan etmişdi.

Qeyd edək ki, Türkiyə ordusu ötən il avqustun 24-dən başlayaraq Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirib. (apa)

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ