SON DƏQİQƏ

Türkiyə 33 İŞİD terrorçusunu məhv etdi

Tarix:

5-02-2017, 12:35

/ 1 992 dəfə oxundu.
Türkiyə 33 İŞİD terrorçusunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatının 166-cı günündə Suriyanın şimalında terrorçuların mövqelərinə 259 zərbə endirib.
Gunaz.az
report.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
Məlumata görə, zərbələr nəticəsində 33 İŞİD terrorçusu məhv edilib. Xəbərdə həmçinin bildirilir ki, "Fərat qalxanı" əməliyyatının başlandığı gündən bu günə kimi 228 yaşayış məntəqəsini əhatə edən 1880 kvadrat kilometr ərazi terrorçulardan azad olunub.
Həmçinin əməliyyat çərçivəsində ümumilikdə 2156 İŞİD terroçusu və PKK-nın Suriya qanadı olan PYD-nin 321 terroçusu məhv edilib. Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı Suriyanın şimalında ötən il avqustun 24-dən davam edir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ