SON DƏQİQƏ
» » Bakıdan qərar: Livana 1 milyon yardım ediləcək...

Bakıdan qərar: Livana 1 milyon yardım ediləcək...

Tarix:

5-08-2020, 20:19

/ 4 589 dəfə oxundu.
Bakıdan qərar: Livana 1 milyon yardım ediləcək...

Nazirlər Kabineti Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə qərəar qəbul edib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda bildirilir ki, 2020-ci il 4 avqust tarixində Livan Respublikasının paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış çoxsaylı insan tələfatına və irimiqyaslı dağıntılara səbəb olmuşdur. Bu baxımdan baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Xarici İşlər Nazirliyinə 1 000 000 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ