SON DƏQİQƏ

Koronavirus xəstəxanası yandı- Ölənlər var

Tarix:

12-05-2020, 10:21

/ 1 813 dəfə oxundu.
Koronavirus xəstəxanası yandı- Ölənlər var

Rusiyanın Sankt-Peterburq şəhərində koronavirus xəstələrinin yerləşdirildiyi xəstəxananın reanimasiya şöbəsində yanğın baş verib. Faciə nəticəsində beş nəfər həyatını itirib.

Bu barədə "BAZA” "Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, ağciyərlərin süni ventilyasiyası aparatına qoşulan qurbanlar özləri sərbəst hərəkət edə bilməyiblər.

 

Həkimlər və tibbi heyət digər pasiyentləri çölə çıxara bilsələr də, hamının həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimallara görə, yanğına səbəb ağciyərlərin süni ventilyasiyası aparatında baş verən nasazlıq olub – oksigen qarışığı alışıb.

Hazırda yanğın söndürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ