SON DƏQİQƏ

Ərdoğan onun yazdığına "YOX" DEDİ

Tarix:

13-04-2020, 08:00

/ 1 369 dəfə oxundu.
Ərdoğan onun yazdığına "YOX" DEDİ

"15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyənin Daxili İşlər Nazirliyinə gətirilən Süleyman Soylu bu günə qədər bacarıqlı fəaliyyətilə millətimizin sevgisini qazanıb. Prezidentimiz Süleyman Soylunun istefa tələbini qəbul etməyib”.
 GunAz.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən yayılan açıqlamada belə bildirlib.
Açıqlamada qeyd edilib ki, terrorla mübarizə başda olmaqla bütün aidiyyəti sahələrdə uğurlar qazanan Daxili İşlər naziri istefa ərizəsini Prezidentə təqdim etsə də, Rəcəb Tayyib Ərdoğan onun ərizəsini qəbul etməyib.
Qeyd edək ki, Türkiyə Prezidenti üçüncü dəfədir ki, Süleyman Soylunun istefa qərarını geri çevirib.
Asif ƏR
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ