
Suriyanın İdlib bölgəsində Bəşər Əsədin ordusuna aid vertolyot vurulub.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin Anadolu agentliyi yayıb.
Mövcud məlumatlara görə, hərbi helikopter raket ilə vurulub. Helikopterin müxalifət cəbhəsinə istiqamətləndiyi güman edilir. Vertolyotun içərisində olan adamların hamısı həlak olubdur.
“Üç nəfər həlak olub”, — deyə agentlik bildirib.
Qeyd edək ki, bu günlərdə Suriya HHQ-in daha bir helikopteri də vurulub.
Fevralın 11-də Suriyanın silahlı müxalifətinin yaraqlıları ölkə ordusunun hərbi helikopterini zərərsizləşdirib.
































