SON DƏQİQƏ
» » Livan üçün yeni plan: İtalya və Fransa razılığa gəldi

Livan üçün yeni plan: İtalya və Fransa razılığa gəldi

Tarix:

Bu gün, 09:24

/ 2 345 dəfə oxundu.
Livan üçün yeni plan: İtalya və Fransa razılığa gəldi

"İtaliya və Fransa BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandat müddəti başa çatdıqdan sonra Livanı dəstəkləmək üçün koalisiyanın yaradılması barədə razılığa gəliblər".
GunAz.az TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni bildirib.
"BMT missiyası ilin sonunda başa çatır və biz Livanı dəstəkləmək üçün koalisiya yaratmaq və post-UNIFIL planı hazırlamaq qərarına gəldik", - deyə Meloni Fransanın Antib şəhərində keçirilən ikitərəfli hökumətlərarası sammitin yekunlarına dair mətbuat konfransında bildirib. Qeyd edək ki, sammitdə Fransa Prezidenti Emmanuel Makron da iştirak edib.
O əlavə edib ki, yaxın vaxtlarda Livana həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Livandakı sülhməramlı missiya 1978-ci ildə İsrailin bu ölkəyə müdaxiləsindən sonra BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq yaradılıb. Onun mandatı hər altı aydan bir uzadılır. UNIFIL-in tərkibinə 47 ölkədən təxminən 8.2 min nəfər daxildir.
скачать dle 12.1

Şərhlər