
İdlibdə vurulan Bəşər Əsədin ordusuna aid vertolyotun iki pilotu ölüb.
GunAz.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi Suriyalı hərbi mənbəyə istinadən yayıb.
Hal-hazırda digər iki ekipaj üzvünün taleyi məlum deyil.
Qeyd edək ki, silahlı müxalifətin yaraqlıları İdlibin cənubunda Suriya ordusuna məxsus hərbi vertolyotu vurub.