SON DƏQİQƏ
» » Suriya Ordusu İdlibdə hərbi əməliyyata başlayıb - KİV

Suriya Ordusu İdlibdə hərbi əməliyyata başlayıb - KİV

Tarix:

20-12-2019, 17:30

/ 1 771 dəfə oxundu.
Suriya Ordusu İdlibdə hərbi əməliyyata başlayıb - KİV

Suriya Ordusu bir neçə ay sürən atəşkəsdən sonra ötən gün axşamdan başlayaraq İdlibdə hərbi əməliyyata başlayıb.

GunAz.az xəbər verir ki, bu barədə "Moraselon.com" xəbər portalı hərbi mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, Suriya Ordusu ötən gün axşamdan başlayaraq İdlibin cənubunda hücuma başlayıb və ilk mərhələdə Ümmu-Calal kəndini terrorçu "ən-Nusra Cəbhəsi" qruplaşmasından azad edib.

Lakin Suriyanın rəsmi qurumları əməliyyatın başlaması barədə hələ məlumat yayımlamayıblar.

Qeyd edək ki, Rusiya və Türkiyənin vasitəçiliyi ilə bölgədə bir müddətdir atəşkəs rejimi hökm sürür. Suriya prezidenti Bəşər Əsəd son çıxışlarının birində bildirib ki, bölgə həmişəlik terror qruplaşmalarının nəzarətində qala bilməz.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ