SON DƏQİQƏ
» » Suriya Ordusu İdlib cəbhələrinə əlavə hərbi qüvvələr göndərib

Suriya Ordusu İdlib cəbhələrinə əlavə hərbi qüvvələr göndərib

Tarix:

17-12-2019, 18:19

/ 2 243 dəfə oxundu.
Suriya Ordusu İdlib cəbhələrinə əlavə hərbi qüvvələr göndərib

Suriya Ordusu İdlib əyalətinin cənub cəbhələrinə əlavə hərbi qüvvələr cəlb edib.

GunAz.az xəbər verir ki, ordu ötən gecə İdlib əyalətinin Xan-Şeyxun və Sincar bölgələrindəki təmas xətlərinə böyük hərbi qüvvələr cəlb edib.

Məlumata görə ordununun niyyəti irimiqyaslı hərbi əməliyyata start verməkdir. Ordu mənbələri bildiriblər ki, İdlibdə hərbi əməliyyatın başlaması barədə rəhbərlikdən göstəriş gəlməlidir.

Əl-Vətən qəzetinin hərbi mənbələrə istinadla verdiyi məlumata görə bu əməliyyat Hələb və Laziqiya əyalətlərinə də şamil ola bilər.

Qeyd edək ki, İdlib əyalətinin əksər bölgələri əl-Qaidənin sabiq qanadı “ən-Nusra Cəbhəsi” terror təşkilatının (digər adı Heyət Təhrir-Şam) nəzarətindədir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər