
Koronavirusla mübarizə üçün 2600 tibb işçisi Çinin Uxan şəhərində göndərilir.
GunAz.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Bu qərar ÇXR və Mərkəzi Hərbi Şuranın sədri Si Tzinpin tərəfindən təsdiqlənib.
Yeni həkimlər və tibb bacıları Tongsi Xəstəxanası və Qonqu rayonundakı Ana və Uşaq Sağlamlığı Klinikasında xəstələrin müalicəsini təşkil edəcəklər.
Birinci xəstəxanada 860, ikinci xəstəxanada 700 xəstənin qəbulu planlaşdırılır.