SON DƏQİQƏ
» » Hökumət manatın məzənnəsini dəyişdirməyi planlaşdırır - GÖZLƏNİLƏN MƏZƏNNƏ

Hökumət manatın məzənnəsini dəyişdirməyi planlaşdırır - GÖZLƏNİLƏN MƏZƏNNƏ

Tarix:

13-02-2020, 12:29

/ 1 249 dəfə oxundu.
Hökumət manatın məzənnəsini dəyişdirməyi planlaşdırır - GÖZLƏNİLƏN MƏZƏNNƏ

Türkmənistan hökuməti milli valyuta olan manatının ABŞ dollarına nisbətdə məzənnəsini dəyişdirməyi planlaşdırır.

GunAz.azın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Türkmənistan Mərkəzi Bankındakı mənbə məlumat verib.

Anonimlik şərtilə danışan mənbə iddia edir ki, Türkmənistan manatının yeni məzənnəsinin 1 ABŞ dollarına görə 8-10 manata çatacağı gözlənilir.

Türkmənistan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi xarici valyuta məzənnəsi 2015-ci ildən bəri dəyişməz qalıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən ölkədə nağd valyuta mübadiləsi qadağandır.

Yeri gəlmişkən, bu günə qədər qara bazarda ABŞ dollarının dəyəri rəsmi olaraq beş dəfədən çoxdur. Hazırda qara bazarda dolların məzənnəsi 2018-ci ilin əvvəlində 30 manata yüksəlməklə tarixi maksimuma çatıb.

Türkmənistanda gözlənilən məzənnə dəyişikliyinin elanı qara bazarda valyuta ticarətinə qarşı mübarizənin intensivləşməsi ilə üst-üstə düşüb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ