
Braziliyada şiddətli yağışlar torpaq sürüşməsinə səbəb olub.
Təbii fəlakət daha çox San-Paulu ştatına ziyan vurub.Tələfat barədə məlumat olmasa da, çox sayda insanın xəsarət aldığı dəqiqdir. Onlarla ev sıradan çıxıb. Xilasedicilər dağıntılar altında insanların qalıb-qalmadığını nəzərdən keçirir.
Yerli mənbələrin məlumatına görə, bu son 37 ildə ölkədə baş verən ən böyük torpaq sürüşməsidir. Həmçinin şiddətli yağışların səbəb olduğu sel nəticəsində yüzlərlə ev suya qərq olub.