SON DƏQİQƏ
» » “Ferrari” yeni avtomobilini təqdim etdi - Foto

“Ferrari” yeni avtomobilini təqdim etdi - Foto

Tarix:

12-02-2020, 08:24

/ 2 756 dəfə oxundu.
“Ferrari” yeni avtomobilini təqdim etdi - Foto

İtaliyanın “Ferrari” komandası 2020-ci il dünya çempionatında istifadə olunacaq yeni bolidini rəsmən təqdim edib.

Report-un məlumatına görə, tədbir Reco-Emiliyadakı teatrlardan birində keçirilib.

Maşın SF 1000 indeksi alıb ki, bu da komandanın “Formula 1”də gözlənilən 1000-ci Qran-prisi ilə əlaqədardır. Avtomobil ənənəvi qırmızı livreyada təqdim olunub.

Qeyd edək ki, ötən illə müqayisədə “Ferrari”nin tərkibi dəyişməyib. Mübariz pilotlar qismində yenə Sebastyan Fettel və Şarl Lekler qalırlar. Onlar 2019-cu ildə “Skuderiya”ya Konstruktorlar Kubokunda ikinci yeri tutmaqda yardımçı olublar.

Şəxsi hesabda isə Lekler dördüncü, Fettel beşinci olub. “Ferrari”nin yenilənmiş bolidinin ilk sınağı “Formula 1”in rəsmi mövsümöncəsi testlərində keçiriləcək.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləməkMətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

 

 

скачать dle 12.1

Şərhlər