Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi – Azərbaycan Qran Prisi davam edir.
Gunaz.az Trend-ə istinadən məlumatına görə, yarışmanın ikinci yarış günündə Formula 2 sinfində birinci yarış, Formula 1 pilotlarının isə üçüncü praktiki sessiyası olacaq.
Həmçinin Formula 1-də təsnifat mərhələsi keçiriləcək.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
Aprelin 29-da Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.
Qeyd edək ki, ötən gün Formula 1 sinfində iki sərbəst yürüş, Formula 2 sinfində isə sərbəst yürüş və təsnifat mərhələsi keçirilib.