SON DƏQİQƏ
» » Fransa Apple şirkətinə 25 milyon avro cərimə kəsdi

Fransa Apple şirkətinə 25 milyon avro cərimə kəsdi

Tarix:

8-02-2020, 13:37

/ 1 271 dəfə oxundu.
Fransa Apple şirkətinə 25 milyon avro cərimə kəsdi

Fransadakı Rəqabət, İstehlak və Saxtakarlığa Qarşı Mübarizə Baş İdarəsi (DGCCRF) yeni əməliyyat sisteminin yenilənməsi səbəbiylə köhnə iPhone modellərinin zəif işləməsinə görə Apple şirkətinə 25 milyon avro cərimə tətbiq edib.

GunAz.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Qeyd edildiyi kimi, DGCCRF araşdırma zamanı korporasiyanın müştərilərinə köhnə batareyaları olan smartfonların yeniləməsi barədə xəbərdarlıq etmədiyini aşkar edib.

Rəhbərlik istifadəçilərin əvvəlki yeniləməyə qayıtmaq imkanlarının olmaması səbəbindən yeni batareyalara və hətta telefonlara pul xərcləməli olduqlarını da diqqətə çatdırıb.

Apple şirkətinin prokuroru ilə bağlanan sazişə əsasən şirkət 25 milyon avro cərimə ödəməli və bir ay ərzində veb saytında press reliz dərc etməlidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ