SON DƏQİQƏ
» » Qazaxıstanda atışmalar və kütləvi davalar: ölənlər var - Prezident bəyanat verdi

Qazaxıstanda atışmalar və kütləvi davalar: ölənlər var - Prezident bəyanat verdi

Tarix:

8-02-2020, 12:53

/ 1 266 dəfə oxundu.
Qazaxıstanda atışmalar və kütləvi davalar: ölənlər var - Prezident bəyanat verdi

Qazaxıstanın bir sıra yaşayış məntəqələrində atışmalar və kütləvi davalar zamanı ölən və yaralananlar var.

GunAz.az Orta Asiya ölkələri üzrə əməkdaşına istinadən xəbər verir ki, atışmalar ölkənin cənubunda, Jambıl vilayətində, Kordai bölgəsinin yaşayış məntəqələrində baş verib.

Prezidentin mətbuat xidmətindən yayılan açıqlamaya görə, təxribatçılar vəziyyətdən yararlanmağa çalışıblar.

“Təəssüf ki, ölən və yaralananlar var. Ölən vətəndaşların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”. Prezident Qasım-Comərd Tokayev belə deyib.

O, münaqişənin səbəblərini tapmağı tapşırıb.

Polis və Milli Qvardiya hadisə yerindədir. Qurbanların sayı dəqiqləşdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ