SON DƏQİQƏ
» » Televiziya aparıcısı 27 illik evlilikdən sonra etiraf etdi: “Homoseksualistəm”

Televiziya aparıcısı 27 illik evlilikdən sonra etiraf etdi: “Homoseksualistəm”

Tarix:

8-02-2020, 12:36

/ 1 279 dəfə oxundu.
Televiziya aparıcısı 27 illik evlilikdən sonra etiraf etdi: “Homoseksualistəm”

İngiltərənin İTV telekanalının aparıcısı Filipp Şofield homoseksual olduğunu etiraf edib.

GunAz.az Rusiya mediasına istinadən xəbər verir ki, İnstagram səhifəsində o, 27 ildir ki, Stefani Lou ilə evli olduğunu da xatırladıb.

Həyat yoldaşına və qızlarına ona verdiyi dəstəyə görə təşəkkür edib.

O, “This Morning” adlı səhər proqramında həyatı haqda danışıb. Şofield həyat yoldaşı ilə eyni yolu birlikdə keçdiyini vurğulayıb. Onun sözlərinə görə, bir-birləri ilə çox dürüst olublar.

“Heç bir açıqlamada bu qadına necə münasibət bəslədiyimi təsvir etməyəcəyəm. O, super insandır. Sözün əsl mənasında heyrətamizdir”. Aparıcı deyib.

O, ailəsinə vurduğu əzablardan xəbərdar olduğunu və özünü günahkar hiss etdiyini vurğulayıb.

Şofield bu gün özü ilə fəxr etdiyini də bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ