SON DƏQİQƏ

Ən yüksək temperaturu qeydə alınıb

Tarix:

7-02-2020, 20:43

/ 1 261 dəfə oxundu.
Ən yüksək temperaturu qeydə alınıb

Argentina meteoroloqları Antarktidada müşahidə tarixinin ən yüksək temperaturunu qeydə alıblar.

Antarktidanın şimalında yerləşən və Argentinaya məxsus "Esperansa" elmi-tədqiqat stansiyasında -18,3 dərəcə temperatur qeydə alınıb. Bu, müşahidənin aparılmağa başlandığı 1961- ci ildən bəri ən yüksək temperaturdur.

Bundan əvvəlki rekord 2015-ci ilin martında qeydə alınmışdı. O zaman temperatur -17,5 dərəcə təşkil etmişdi.

Qeyd olunur ki, son 50 il ərzində Antarktidanın ortalama temperaturu 3 dərəcə yüksəlib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ