SON DƏQİQƏ
» » “iPhone 11 Pro” aparatının təhlükəlilik səviyyəsini qiymətləndirildi

“iPhone 11 Pro” aparatının təhlükəlilik səviyyəsini qiymətləndirildi

Tarix:

6-02-2020, 12:00

/ 1 281 dəfə oxundu.
“iPhone 11 Pro” aparatının təhlükəlilik səviyyəsini qiymətləndirildi

Kaliforniyada fəaliyyət göstərən "RF Exposure Lab" müstəqil laboratoriyasının mütəxəssislərinin araşdırmasına görə, "iPhone 11 Pro"dan çıxan radiotezlik şüalanmasının səviyyəsi ABŞ-ın Federal Rabitə Komissiyası "FCC" tərəfindən təyin edilmiş normadan 2 dəfə yüksəkdir.

Laboratoriya sınaqlarına əsasən, "iPhone 11 Pro" aparatında elektromaqnit şüalanmanın udulma əmsalı 3,8 Vatt/kq-dır. Komissiya tərəfindən müəyyənləşdirilmiş norma isə 1,6 Vatt/kq təşkil edir.

Məlumata görə, şüalanmanın ölçülməsi manekendən 5 mm məsafədə həyata keçirilib. Bu o deməkdir ki cihaz, məsələn, cibə yerləşdirildikdə insan üçün daha təhlükəlidir.

Lakin portal yazır ki, "Apple" şirkəti və "FCC" öz qurğularını diqqətlə yoxlayırlar və çətin ki belə səhvə yol verərdilər.

Bundan başqa, məqalənin müəllifi xatırladıb ki, "iPhone 7"nin ünvanına da eyni ittihamlar səslənirdi, ancaq təkrar yoxlama cihazın təhlükəlilik səviyyəsini təkzib edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ