SON DƏQİQƏ

İran Çinə uçuşları dayandırıb

Tarix:

31-01-2020, 22:36

/ 1 340 dəfə oxundu.
İran Çinə uçuşları dayandırıb

İran yeni koronavirus infeksiyasının sürətli yayılması fonunda Çinə təyyarə uçuşlarını dayandırıb.

GunAz.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Səid Namakiyə istinadən “Tasnim” agentliyi bildirib.

Namaki qeyd edib ki, qərar hökumətin vitse-prezidentin, yol və şəhərsalma nazirinin, daxili işlər nazirinin, hökumət rəsmisinin, səhiyyə nazirinin və Xarici İşlər Nazirliyi nümayəndələrinin də iştirak etdiyi fövqəladə iclasında qəbul edilib.

Məlumata görə, İrandan Çinə və əks istiqamətə bütün reyslərin dayandırılmasına baxmayaraq, bu ölkənin hazırda Çin Xalq Respublikasında olan vətəndaşları gələn həftə vətənə qaytarılacaq. Çindən gəlmiş İran vətəndaşları 14 gün karantindən keçəcəklər, yalnız bundan sonra adi həyata qayıda biləcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ