SON DƏQİQƏ
» » Türkiyədə betonun keyfiyyətini müəyyən edən cihaz hazırlanıb

Türkiyədə betonun keyfiyyətini müəyyən edən cihaz hazırlanıb

Tarix:

31-01-2020, 15:40

/ 1 758 dəfə oxundu.
Türkiyədə betonun keyfiyyətini müəyyən edən cihaz hazırlanıb

Son zamanlar dünyanın bir çox yerində, o cümlədən Türkiyə ərazisində baş vermiş yeraltı təkanlar insanları yaşadıqları evin möhkəmliyi ilə bağlı düşünməyə məcbur edir. Bu səbəbdən dünyada ilk dəfə Türkiyədə tikintidə istifadə olunan betonun keyfiyyətini müəyyən edən "Elektron Beton Monitorinq Sistemi” (EBMS) hazırlanıb.

Betonun içinə yerləşdirilən bu cihaz xüsusi siqnallar vasitəsilə tikinti materialının keyfiyyəti haqqında məlumat ötürür.

Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən istifadə olunan yeni sistemin əldə olunması üçün bir çox ölkələrdən Türkiyəyə müraciətlərin olduğu bildirilir.

EBMS–in istifadəyə verildiyi gündən indiyədək Türkiyə ərazisində 58 min 784 tikintidən 3 milyon 748 min 66 beton nümunəsi alınaraq araşdırılmağa göndərilib. Bu işlərə Türkiyənin 319 özəl və hər şəhərdə dövlət laboratoriyaları cəlb olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ