SON DƏQİQƏ

Pakistanda güclü qar: 93 ölü, 53 yaralı

Tarix:

15-01-2020, 10:11

/ 1 351 dəfə oxundu.
Pakistanda güclü qar: 93 ölü, 53 yaralı

Pakistanda güclü qar və uçqunlar nəticəsində ölənlərin sayı 93-ə çatıb.

GunAz.az xəbər verir ki, bu barədə “Daun” qəzeti məlumat yayıb.

Məlumata görə, 66 nəfər Azad Kəşmir regionunda ölüb. Bəlucistanda 20, Pəncabda isə 7 nəfər həlak olub. Yaralıların sayı isə 53-ə çatıb.

Rəsmi qurumlar ölənlərin sayının artacağını bildirirlər. Çünki Nilam vadisindəki bəzi rayonlarla güclü qar səbəbindən hələ də əlaqə yoxdur.

скачать dle 12.1

Şərhlər