SON DƏQİQƏ
» » Ayətullah Xamenei Ukrayna təyyarəsinin vurulması ilə bağlı başsağlığı və göstəriş verib

Ayətullah Xamenei Ukrayna təyyarəsinin vurulması ilə bağlı başsağlığı və göstəriş verib

Tarix:

11-01-2020, 20:30

/ 1 299 dəfə oxundu.
Ayətullah Xamenei Ukrayna təyyarəsinin vurulması ilə bağlı başsağlığı və göstəriş verib

İranın İslam İnqilabının Ali lideri Ayətullah Xamenei Ukrayna təyyarəsinin səhvən vurulmasının elanından sonra hadisə qurbanlarının yaxınlarına başsağlığı verib və Silahlı Qüvvələrdən müqəssirlərin aydınlaşdırılmasını istəyib.

GunAz.az xəbər verir ki, Ayətullah Xamenei Ukrayna təyyarəsinin səhvən vurulmasında  həlak olanların yaxınlarına başsağlığı verib.

Ayətullah Xameneinin başsağlığı müraciəti və göstərişində deyilir:

"Silahlı Qüvvələrin Ukrayna təyyarəsi hadisəsilə bağlı araşdırmalarının nəticələrindən agah olduqdan və insan səhvinin bu hadisənin səbəbi kimi göstərilməsindən sonra bu narahatedici hadisədə ölənlərə görə olan narahatlığım daha da ağırlaşdı.

Birinci növbədə hadisə qurbanlarının yaxınlarına dərin təəssüfümü bildirir və səmimi qəlbdən başsağlığı verirəm, hadisə qurbanlarının yaxınlarına Allahdan mənəvi təskinlik və səbr diləyirəm.

İkinci növbədə Silahlı Qüvvələrin Baş Qərargahından istəyirəm ki, bu narahatedici hadisədə möhtəməl təqsiri araşdırsınlar.

Üçüncü növbədə müvafiq orqanlardan bu kimi hadisələrin təkrarlanmaması üçün lazımi addımların atılmasını tələb edirəm.

Kərim Allah həyatını itirənlərə lütf və rəhmət eləsin, onların yaxınlarına səbr və əcr versin!"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ