SON DƏQİQƏ
» » Şok gəlişmə: İnternet kəsildi – İranda yenidən ara qarışır

Şok gəlişmə: İnternet kəsildi – İranda yenidən ara qarışır

Tarix:

26-12-2019, 11:18

/ 1 292 dəfə oxundu.
Şok gəlişmə: İnternet kəsildi – İranda yenidən ara qarışır

İranda benzinin bahalaşmasına etiraz olaraq yeni nümayişlərə çağırış edildiyi bir vaxtda bir çox bölgələrdə internetə girişin məhdudlaşdırıldığı bildirilib.

ILNA agentliyi təhlükəsizlik orqanlarının Elburz, Kürdüstan, Zənxan və Şiraz bölgələrində internetin kəsildiyini açıqlayıb.

Agentlik bunu yeni başlayacaq nümayişlərə Tehranla yanaşı, bölgələrin də qatılacağı ilə əlaqələndirib.

ILNA internetin kəsilməsi əmrinin İranın təhlükəsizlik orqanları tərəfindən verildiyini bildirib.

İran Rabitə Nazirliyinin mətbuat katibi Camal Hədyan rəsmi orqanların internetin məhdudlaşdırılması barədə göstəriş vermədiyini iddia edib.

"26 Dekabr" çağırışı ilə elan olunan nümayişlərin bahalaşmaya etirazla yanaşı, noyabrın 15-də başlayan və bir neçə gün davam edən nümayişlərdə həlak olanların anım mərasimi kimi təşkil edilməsinə də diqqət çəkilib.

GunAz.az

 

скачать dle 12.1

Şərhlər