SON DƏQİQƏ
» » Suriyada silahlılar Rusiya aviabazasına hücum etməyə cəhd ediblər

Suriyada silahlılar Rusiya aviabazasına hücum etməyə cəhd ediblər

Tarix:

24-12-2019, 10:42

/ 1 738 dəfə oxundu.
Suriyada silahlılar Rusiya aviabazasına hücum etməyə cəhd ediblər

Suriyada qanunsuz silahlı qruplaşmalar pilotsuz uçuş aparatları ilə Rusiyanın Hmeymim aviabazasına hücum etməyə cəhd ediblər.

GunAz.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov deyib.

Y.Borenkov bildirib: "Dekabrın 22-si axşam saatlarında qeyri-qanuni silahlı qruplaşmaların üzvləri pilotsuz uçuş aparatlardan (PUA) istifadə edərək Rusiyanın Hmeymim aviabazasına hücum etməyə cəhd ediblər. Saat 23:02-də Rusiyanın hava hücumundan müdafiə sistemləri aviabazaya cənub-şərq istiqamətindən yaxınlaşan 2 PUA aşkar edib və məhv ediblər".

Onun sözlərinə görə, xəsarət alanlar olmayıb, aviabazaya maddi ziyan dəyməyib, aviabaza "plan üzrə fəaliyyət göstərir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ