SON DƏQİQƏ

Ermənistanda elm məhv olur

Tarix:

23-12-2019, 14:35

/ 1 751 dəfə oxundu.
Ermənistanda elm məhv olur

Ermənistanın bir çox elmi institut hazırda məhv olmaq ərəfəsindədir. Armenianreport.com saytında yayımlanan məlumata görə, bu barədə İKT Liderləri İclasında İnkişaf etmiş Texnologiyalar Müəssisələri Birliyinin üzvü Tiqran Şahverdyan açıqlama verib.

"Bu gün dəqiq elmlər sahəsini qorumaq vəzifəsi qarşımızda durur", deyə birliyin üzvü həyəcan siqnalı qaldırıb.
Onun sözlərinə görə, Ermənistanda müəyyən kadr çatışmazlığı var və dövlət elmi institutlarının əksəriyyətində pensiya yaşına çatmış mütəxəssislər çalışır ki, onların getməsi ilə də elm tamamilə məhv olacaq.

"Ən böyük problem ondadır ki, Ermənistanda elmi fəaliyyətlə məşğul olmaq heç də sərfəli deyil. Namizədliyini müdafiə edən gənc mütəxəssislər əsasən elmi fəaliyyətlə məşğul olmağı dayandırırlar, çünki bu fəaliyyət növü özünü təmin etməyə imkan vermir. Elm sahəsindəki orta əmək haqqının təqribən 114 min dram, yəni çox az olduğu sirr deyil. Elə bu səbəbdən də Ermənistanda elm məhv olur", deyə Şahverdyan bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ