
Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Azərbaycana səfər edəcək. GunAz.az bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
"Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-17-də Azərbaycan Respublikasına rəsmi səfər edəcək. Ukrayna ilə Azərbaycan Respublikası arasında prioritet sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır", - deyə məlumatda bildirilir.
Səfər zamanı V. Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşü gözlənilir.
Ukrayna və Azərbaycan prezidentləri Ukrayna-Azərbaycan biznes forumunda iştirak edəcəklər.
Həmçinin Zelenski, Azərbaycanın Ukrayna icmasının nümayəndələri ilə də görüşəcək.