SON DƏQİQƏ
» » İran son iğtişaşlarda dağıdılan və yandırılan obyektlərin sayını açıqlayıb

İran son iğtişaşlarda dağıdılan və yandırılan obyektlərin sayını açıqlayıb

Tarix:

27-11-2019, 20:50

/ 1 890 dəfə oxundu.
İran son iğtişaşlarda dağıdılan və yandırılan obyektlərin sayını açıqlayıb

İran rəsmiləri son iğtişaşlarda dövlət əmlakına, ümumi və xüsusi əmlaka dəyən ziyanı, dağıdılan və yandırılan obyektlərin sayını açıqlayıb.

GunAz.az xəbər verir ki, İranın daxili işlər naziri Əbdürriza Rəhmani Fəzli ölkənin dövlət telekanalına verdiyi ötən günkü açıqlamasında son iğtişaşlarda dağıdılan və yandırılan obyektlərin sayını açıqlayıb.

Onun sözlərinə görə, “son iğtişaşlarda 50 polis postu və məntəqəsinə hücum edilib, 34 təcili tibbi yardım maşını, 731 bank, 140 sosial obyekt, 9 məscid, mədrəsə və namazxana, 70 yanacaq doldurma məntəqəsi, camaatın və dövlətin 307 maşını, 183 polis və hərbi maşın və 1074 motosiklet yandırılıb və xəsarətə məruz qalıb."

İranın daxili işlər naziri bildirib ki, bu iğtişaşlar və toqquşmalarda polis və mülki müdafiə qüvvələrinin (Bəsic Təşkilatı) yaralılarının sayı iğtişaşçıların yaralılarının sayından ikiqat artıq olub.

Qeyd edək ki, İran KİV-ləri bu etirazlar və iğtişaşlarda saxlanılanların sayının minlərlə olduğunu deyirlər. Hər iki tərəfdən ölənlərin sayı isə hələ məlum deyil. Xarici mətbuat ölənlərin yüzü keçdiyini iddia edir.

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər