SON DƏQİQƏ

İsveçdən Culian Assancla bağlı - Qərar

Tarix:

19-11-2019, 21:10

/ 615 dəfə oxundu.
İsveçdən Culian Assancla bağlı - Qərar

İsveçdə “Vikiliks” saytının qurucusu Culian Assancın işi üzrə təhqiqat dayandırılıb.

GunAz.az xəbər verir ki, bu barədə prokuror Yeva-Mari Persson mətbuat konfransında deyib.

“Yayda və payızda aparılan əlavə təhqiqatın gedişində aydın olub ki, istintaqda istifadə olunan şifahi sübutlar yetərincə inandırıcı deyil. Bu, insidentdən çox vaxt keçməsi ilə əlaqədardır. Təbii səbəblərdən yaddaş korşalır”, - deyə prokuror bildirib.

Prokurorun fikrincə, Assancın yenidən dindirilməsinə ehtiyac yoxdur və onun ifadəsi baş verənlərə aydınlıq gətirə bilməyəcək.

Noyabrın 18-də London məhkəməsi “Vikiliks” saytının qurucusu Culian Assanjın həbsdə saxlanılmasına qərar verib. Onun ABŞ-a ekstradisiyası ilə bağlı texniki dinləmələr dekabrın 13-ü və 19-da keçiriləcək.

Xatırladaq ki, Culian Assanc 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “Vikiliks” portalını təsis edib. 2012-ci ildə İsveçin ona qarşı irəli sürdüyü seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada təxminən 7 il gizlənib. Aprelin 11-də Ekvador hökumətinin razılığından sonra “Skotland Yard” Assancı bu ölkənin səfirliyində həbs edib.

London məhkəməsi mayın 1-də girov müqabilində azadlıq şərtlərini pozduğuna görə Culian Assanca 50 həftə həbs cəzasına məhkum etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ