SON DƏQİQƏ
» » “WhatsApp” vasitəsilə telefona müdaxilə etmək üsulu aşkar edildi

“WhatsApp” vasitəsilə telefona müdaxilə etmək üsulu aşkar edildi

Tarix:

19-11-2019, 13:03

/ 1 754 dəfə oxundu.
“WhatsApp” vasitəsilə telefona müdaxilə etmək üsulu aşkar edildi

"Facebook"un əməkdaşları "WhatsApp" xidmətində hakerlərin istifadəçilərin qurğularına müdaxiləsinə və onların məlumatlarını oğurlamasına imkan verən boşluğu aradan qaldırıblar. Bu haqda şirkətin saytında məlumat verilib.

"CVE-2019-11931" adlı boşluqdan istifadə edən kibercinayətkarlar qurbanın cihazına casus proqramı və ya bekdor quraşdırmaq imkanına malik olublar. Bunun üçün istifadəçiyə MP4 formatında xüsusi fayl göndərmək tələb olunurdu. Bu, buferin həddən artıq yüklənməsinə və nəticədə nasazlığa gətirib çıxarırdı.

"Android", "iOS" və "Windows" sistemlərinin idarəetməsi altında işləyən qurğuların təhdid altında olduğu məlum olub. "WhatsApp" xidmətinin əməkdaşları bildiriblər ki, bu boşluq hakerlərin məqsədli hücumlarında istifadə edilməyib.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər