SON DƏQİQƏ
» » ABŞ-ın kosmosda məxfi missiya yerinə yetirən kosmoplanı Yerə qayıdıb

ABŞ-ın kosmosda məxfi missiya yerinə yetirən kosmoplanı Yerə qayıdıb

Tarix:

28-10-2019, 13:21

/ 463 dəfə oxundu.
ABŞ-ın kosmosda məxfi missiya yerinə yetirən kosmoplanı Yerə qayıdıb

ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus olan və Yerətrafı orbitdə iki ildən çox məxfi missiya yerinə yetirən X-37B pilotsuz kosmoplanı Florida ştatındakı Kanaveral burnunda yerləşən Kennedi adına Uçuşların İdarəedilməsi Mərkəzinin kosmodromunda yerə enib.
GunAz.az xəbər verir ki, bu barədə ABŞ HHQ-in rəsmi saytında məlumat yerləşdirilib. Qeyd olunub ki, bu kosmoplan 2010-cu ildən bəri orbitdə məxfi missiya yerinə yetirən beşinci uçuş aparatıdır və onun 780 günlük uçuşu yeni rekord olub. Belə ki, əvvəlki kosmoplan kosmosda 718 gün qalıb. Sayca altıncı kosmoplanın Yerətrafı orbitə göndərilməsi isə 2020-ci ilə nəzərdə tutulub.
ABŞ HHQ-in nümayəndəsi Barbara Barret bəyan edib ki, "X-37B çoxdəfəlik istifadə üçün nəzərdə tutulan kosmik aparatların zəruriliyini nümayiş etdirib”. Bu aparat ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) sifarişi ilə 1999-cü ildən başlayaraq "Boeing” şirkəti tərəfindən yığılıb. 2014-cü ildə ona məxfi status verilib və ABŞ HHQ-in sərəncamına təqdim edilib.
Məlumatda bildirilib ki, aparatın ağırlığı 5 ton, uzunluğu 8,9 metr, hündürlüyü isə 2,9 metrdir. Onun kiçik və üçbucaqlı qanadlarının ölçüsü 4,5 metrə çatır. Kosmoplan orbitdə fəaliyyəti zamanı enerji mənbəyini günəş batareyalarından alır. Onun bütün uçuşu və yerə enməsi avtomatik rejimdə həyata keçirilir. Pentaqonun məlumatında bildirilir ki, bu aparat 200-dən 750 kilometrədək yüksəklikdə fəaliyyət göstərə bilir, həmçinin orbitləri dəyişərək manevr etmək qabiliyyətinə malikdir.
Ekspertlər qeyd edirlər ki, kosmoplan kəşfiyyat apara, kosmosa yüngülçəkili yüklər daşıya və kəşfiyyatçı peyklərdə yerləşdirilmiş cihazların sınağını həyata keçirə bilər. Mütəxəssislərin bir çoxu hesab edirlər ki, X-37B hərbi məqsədlər – düşmən peyklərinin sıradan çıxarılması və orbitdən raket-bomba zərbəsi endirmək üçün də istifadə oluna bilər. Lakin Pentaqon bunu inkar edir və bildirir ki, kosmoplan yalnız yeni texnologiyaların sınağı üçün bir platforma rolunu oynayır.
N.SAFURA
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ