SON DƏQİQƏ
» » Türkiyədə həmyerlimiz şantaj olunub – 1 milyon tələb etdilər

Türkiyədə həmyerlimiz şantaj olunub – 1 milyon tələb etdilər

Tarix:

27-09-2019, 14:05

/ 1 905 dəfə oxundu.
Türkiyədə həmyerlimiz şantaj olunub – 1 milyon tələb etdilər

İstanbulda turizm sektorunda çalışan azərbaycanlı iş adamı N.N. adlı şəxs təxminən 5 ildir yanında çalışan bir nəfər tərəfindən şantaj edildiyini söyləyərək polisə  şikayətçi olub.

GunAz.az türk mediasına istinadən bildirir ki, həmyerlimiz şikayətində bildirib ki, yanında çalışan ər-arvad ona zəng edərək, əllərində uyğunsuz görüntülərinin olduğunu və 1 milyon dollar verməsə, onları sosial şəbəkədə yayacaqlarını söyləyiblər. Hətta bu barədə ailəsinə xəbər verəcəklərini, yazdıqları bir mətni Azərbaycan mətbuatında yayacaqlarını qeyd ediblər.

Hadisə ilə bağlı Asayiş Şöbə İdarəsi tərəfindən istintaq başladılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində şübhəli ər-arvad Ərzurumda saxlanılıb.

Onlar İstanbula aparılıb. Şübhəlilərdən biri müdirinin ona borcu olduğuna görə belə etdiklərini vurğulayıb.

İstintaq zamanı şübhəli cütlüyün Gürcüstana qaçmaq planı qurduqları müəyyən edilib.

скачать dle 12.1

Şərhlər