SON DƏQİQƏ
» » İran prezidentinə küçəyə çıxmaq qadağan edildi

İran prezidentinə küçəyə çıxmaq qadağan edildi

Tarix:

24-09-2019, 21:39

/ 1 223 dəfə oxundu.
İran prezidentinə küçəyə çıxmaq qadağan edildi

ABŞ hökuməti BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edən İran Prezidenti Həsən Ruhaniyə Nyu Yorkda gəzməyi qadağan edib.

GunAz.az xəbər verir ki, İran Prezidenti BMT-nin Nyu Yorkun Manhetten bölgəsindəki mənzil-qərargahını tərk etmək istəsə xüsusi icazə almalıdır.

İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bütün bunları qanunsuzluq adlandırıb. O deyib ki, ABŞ belə addımları ilə bütün beynəlxalq qanunları tapdalayır.

Qeyd edək ki, Prezident Həsən Ruhani BMT-nin 74-cü sessiyası çərçivəsində bu gün Pakistanın Baş Naziri İmran Xan və Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.

скачать dle 12.1

Şərhlər