SON DƏQİQƏ
» » ABŞ Həsən Ruhaninin Nyu-Yorkda hərəkət istiqamətlərinə məhdudiyyətlər qoyub - KİV

ABŞ Həsən Ruhaninin Nyu-Yorkda hərəkət istiqamətlərinə məhdudiyyətlər qoyub - KİV

Tarix:

24-09-2019, 17:50

/ 1 859 dəfə oxundu.
ABŞ Həsən Ruhaninin Nyu-Yorkda hərəkət istiqamətlərinə məhdudiyyətlər qoyub - KİV

 Rəsmi Vaşinqton bundan öncə İran nümayəndə heyətinin Nyu-Yorka səfəri zamanı qoyduğu məhdudiyyətləri prezident Həsən Ruhaniyə də tətbiq edib.

GunAz.az FarsNews-a istinadla xəbər verir ki, bu barədə FransPress Nyu-Yorkda olan diplomatlara istinadla məlumat yayıb.

Bildirilib ki, Həsən Ruhani ötən gün Nyu-Yorka gəlib və onun hərəkət istiqamətlərində məhdudiyyətlər müşahidə edilir. Əlavə edilib ki, bu hərəkət məhdudiyyətləri iyun ayında bura gələn İran rəsmi nümayəndə heyətinin üzvlərinə də tətbiq edilmişdi.

Qeyd edək ki, İran rəsmi nümayəndə heyəti BMT Baş Assambleyasının 74-cü toplantısına qatılmadan öncə vizaların verilməsində də təxirin və gecikmənin olduğunu bildirmiş və hətta səfərin ləğv ediləcəyi barədə məlumatlar yaymışdılar.

Xatırladaq ki, Həsən Ruhani Nyu-Yorka çatandan sonra ilk görüşünü Fransa prezidenti Emanuel Makronla həyata keçirib. İranlılar ABŞ rəsmilərilə görüşü qeyri mümkün hesab edirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ