SON DƏQİQƏ
» » İŞİD lideri Qardaş ləqəbli bir türkməni canişini olaraq təyin edib - KİV (FOTO)

İŞİD lideri Qardaş ləqəbli bir türkməni canişini olaraq təyin edib - KİV (FOTO)

Tarix:

8-08-2019, 18:37

/ 1 353 dəfə oxundu.
İŞİD lideri Qardaş ləqəbli bir türkməni canişini olaraq təyin edib - KİV (FOTO)

 İŞİD terror təşkilatının lideri Əbu-Bəkr əl-Bağdadı Abdullah Qardaş ləqəbli türkmən əsilli bir şəxsi öz canişini vəzifəsinə təyin edib.

GunAz.az xəbər verir ki, bu barədə bəzi İraq KİV-ləri İŞİD-ə yaxın mənbələrə istinadla məlumat veriblər.

İŞİD-ə yaxın mənbələr bildiriblər ki, əl-Bağdadı Abdullah Qardaşı özündən sonra terror təşkilatına rəhbər olaraq təyin edib.

Əlavə edilib ki, Qardaş vaxtilə Amerikanın Bəsrədəki Buka həbsxanasında əl-Bağdadi ilə bir yerdə həbs həyatı yaşayıb.

Vaxtilə əl-Bağdadi ilə birgə Əfqanıstanda əl-Qaidə sıralarında da bir yerdə olan Qardaş  Mosulun "İmam Əzəm" institutunu bitirib və Mosulun İŞİD-in əlinə keçməsində əvəzsiz rola malik olub.

İraqlı hərbi ekspert Fazil Əbu-Rağif öz rəsmi twitter səhifəsində Qardaşın İŞİD-in ən sərt komandirlərindən biri olduğunu yazıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ