SON DƏQİQƏ

Abadi: "İŞİD başçısı təcrid olundu"

Tarix:

6-02-2017, 23:24

/ 3 539 dəfə oxundu.
Abadi: "İŞİD başçısı təcrid olundu"

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Bağdadinin olduğu yer müəyyənləşdirilib.
Bunu Frans-24 telekanalına İraqın Baş naziri Heydər Abadi bildirib. Onun sözlərinə görə, əl-Bağdadi təcrid olunmuş vəziyyətdədir və yerdəyişməsi məhdudlaşıb. İraq hökumətinin başçısı digər detallar barədə məlumat verməyib.
Dekabrın ortalarında ölkənin xüsusi təyinatlı qüvvələrinin komandiri Fadil Barvarı bildirmişdi ki, İŞİD-in başçısı Mosulda yeraltı bunkerdə gizlənir.
Bir qədər əvvəl ABŞ Dövlət Departamenti Bağdadi barədə informasiyaya görə mükafatın məbləğinin 25 milyon dollaradək artırıldığını elan edib.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər