SON DƏQİQƏ

Əbu Bəkr əl-Bağadi həbs edildi

Tarix:

18-04-2017, 21:07

/ 3 879 dəfə oxundu.
Əbu Bəkr əl-Bağadi həbs edildi

BMT rəsmisi Haissam Əbu Səid Bağdadinin Rusiya və Suriyanın birgə keçirdiyi kəşfiyyat əməliyyatı nəticəsində yaxalandığını deyib
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağadinin yaxalandığı haqda xəbərlər yayılıb.
Gunaz.az "Virtualaz.org"a istinadən xəbər verir ki, Bağdadinin yaxalandığını ərəb KİV-ləri BMT-nin informasiya və təhlükəsizlik Komitəsi yanında informasiya xidmətinin rəisi Heytam Əbu Səidə istinadən ərəb KİV-ləri bildirirlər. Məlumata görə əli on minlərlə insanın qanına bulaşmış "xəlifə” Mosuldan qaçarkən Suriya-İraq sərhədində yaxalanıb. Hələlik İraq rəsmi qaynaqları bu xəbəri şərh etməyib. 
Digər mənbələr də Bağdadinin yaxalanması haqda məlumat yaymayıb. Bundan əvvəl İraq hökuməti bildirmişdi ki, Bağdadinin gizləndiyi yer təxminən məlumdur və o, Mosulda mühasirə vəziyyətindədir.
BMT rəsmisi Haissam Əbu Səid Bağdadinin Rusiya və Suriyanın birgə keçirdiyi kəşfiyyat əməliyyatı nəticəsində yaxalandığını deyib.
"BMT-nin informasiya və təhlükəsizlik Komitəsi yanında informasiya Bürosu dəqiq məlumat alıb ki, xəlifə Əbu Bəkr əl-Bağdadi Suriyanın şimalında, Rusiya və Suriya kəşfiyyat qüvvələrinin birgə əməliyyatı sayəsində yaxalanıb”-Haissam Əbu Səid bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ