SON DƏQİQƏ
» » Səudiyyə Ərəbistanı husilərlə birbaşa danışıqlara başlamaq istəyir - KIV

Səudiyyə Ərəbistanı husilərlə birbaşa danışıqlara başlamaq istəyir - KIV

Tarix:

7-08-2019, 20:40

/ 1 261 dəfə oxundu.
Səudiyyə Ərəbistanı husilərlə birbaşa danışıqlara başlamaq istəyir - KIV

 Səudiyyə Ərəbistanı müharibənin uzanmağını istəmir, buna görə husilərlə birbaşa danışıqlara başlamaq istəyir.

GunAz.az xəbər verir ki, bu barədə ABŞ-ın "Teh Wall Street Journal" qəzeti Səudiyyə Ərəbistanın rəsmi mənbələrinə istinadla məlumat verib.

Səudiyyə Ərəbistanın adının çəkilməsini istəməyən rəsmisi bildirib ki, "krallıq Yəməndə müharibənin uzanmağını istəmir. Eyni zamanda krallıq bu müharibədə özünü zəif göstərmək və ya bu məsələdə zərər görmək də istəmir. Ona görə bəzi husi rəhbərləri tərəfindən gələn danışıqlarla bağlı gizli təkliflərə müsbət cavab vermək və danışıqlara başlamaq istəyir."

Mənbə bildirib ki, bəzi husi rəhbərləri Səudiyyə Ərəbistanı ilə danışıqlar fonunda bu ölkənin maraqlarına hücumların dayandırılmasını da təklif ediblər.

ABŞ qəzeti bildirib ki, krallıq bu müharibənin onun imicinə vurduğu zərbəni xüsusilə də ABŞ daxilindəki imicinə dəyən zərbəni yaxşı anlayır buna görə müharibənin uzanmasını istəmir və danışıqlara başlamaq istəyir.

Eyni zamanda mənbə bildirib ki, Səudiyyə Ərəbistanı husilərin niyyət və təklifləri ilə bağlı da tərəddüddədir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ