SON DƏQİQƏ
» » Husilər eyni zamanda Səudiyyənin 3 hava limanına hücum ediblər

Husilər eyni zamanda Səudiyyənin 3 hava limanına hücum ediblər

Tarix:

5-08-2019, 19:10

/ 2 102 dəfə oxundu.
Husilər eyni zamanda Səudiyyənin 3 hava limanına hücum ediblər

Husilər və onlarla müttəfiq olan Yəmən ordusunun hava qüvvələri Səudiyyə Ərəbistanın 3 hava limanı və hərbi qərargahına hücum ediblər.

GunAz.az əl-Məsira telekanalına istinadla xəbər verir ki, bunu Yəmən Silahlı Qüvvələrinin (Husilərlə müttəfiqdir və qərargahları paytaxt Sənada yerləşir) rəsmi sözçüsü briqada generalı Yəhya Səri deyib.

Bildirilib ki , ötən gecə Səudiyyə Ərəbistanın Əbha, Nəcran hava limanları və "Məlik Xalid" hərbi qərargahı "Qasif K2" pilotsuz təyyarələrilə hədəfə alınıb.

Əlavə edilib ki, bu hücumlar Səudiyyə Ərəbistanı koalisiyasının Yəmənə təcavüzünə və ölkənin mühasirədə saxlamasına görədir.

Qeyd edək ki, husi lideri Əbdül-Məlik əl-Husi ötən günkü çıxışında Səudiyyə Ərəbistanını "sarsıdıcı zərbələr"lə təhdid etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ