SON DƏQİQƏ
» » Husilər Səudiyyənin 1500 km uzaqda yerləşən sənaye şəhərini raketlə hədəfə aldıqlarını bildiriblər

Husilər Səudiyyənin 1500 km uzaqda yerləşən sənaye şəhərini raketlə hədəfə aldıqlarını bildiriblər

Tarix:

1-08-2019, 20:36

/ 1 026 dəfə oxundu.
Husilər Səudiyyənin 1500 km uzaqda yerləşən sənaye şəhərini raketlə hədəfə aldıqlarını bildiriblər

Husilə Səudiyyə Ərəbistanın Fars Körfəzi sahilində yerləşən sənaye şəhəri Dəmmamı ballistik raketlə hədəfə aldıqlarını bildiriblər.

GunAz.az xəbər verir ki, bu barədə husilərin əl-Məsira telekanalı məlumat yayıb.

Qərargahı paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, onlar bu gün inkişaf etdirilmiş bir uzaqmənzilli ballistik raketi Dəmmam şəhərinə atıblar.

Mənbə iddia edib ki, onlar Dəmmamda bir hərbi mövqeyi hədəfə alıblar.

Əlavə edilib ki, Səudiyyənin uzaq şərqində yerləşən bu şəhərə raketin atılması Yəmənə edilən təcavüzlərə cavab olaraq həyata keçirilib.

Husilərin və onlarla müttəfiq olan Yəmən Ordusunun sözçüsü Səudiyyə Ərəbistanındakı yerli və xarici şirkətlərdən hərbi obyektlərdən uzaq durmağı istəyib.

Səudiyyə Ərəbistanı bu iddiaya hələ münasibət bildirməyib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ