SON DƏQİQƏ
» » Yəməndən Səudiyyə Ərəbistanına raketlə hücum

Yəməndən Səudiyyə Ərəbistanına raketlə hücum

Tarix:

18-08-2018, 13:36

/ 10 262 dəfə oxundu.
Yəməndən Səudiyyə Ərəbistanına raketlə hücum

Yəməndən Səudiyyə Ərəbistanının Nəcran şəhərinə ballistik raket atılıb.

GunAz.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA məlumat yayıb.

Koalisiya qüvvələrinin sözçüsü Turki əl-Maliki husilərin Amran şəhərindən Səudiyyə Ərəbistanındakı Nəcrana ballistik raketlə hücum etdiyini açıqlayıb. Onun sözlərinə görə, koalisiya qüvvələrinə məxsus havadan müdafiə sistemləri raketi havada ikən məhv edib. Turki əl-Maliki hücum zamanı heç kəsin xəsarət almadığını söyləyib.

Koalisiya qüvvələrinin sözçüsü İranı regional və beynəlxalq təhlükəsizliyi təhdid etmək məqsədilə husilərə dəstək verməkdə ittiham edib.

скачать dle 12.1

Şərhlər