SON DƏQİQƏ
» » Yəməndə Səudiyyənin dəstəklədiyi qüvvələrin hərbi paradı vurulub - Onlarla ölü və yaralı var (FOTO)

Yəməndə Səudiyyənin dəstəklədiyi qüvvələrin hərbi paradı vurulub - Onlarla ölü və yaralı var (FOTO)

Tarix:

1-08-2019, 18:50

/ 1 923 dəfə oxundu.
Yəməndə Səudiyyənin dəstəklədiyi qüvvələrin hərbi paradı vurulub - Onlarla ölü və yaralı var (FOTO)

 Husilər Ədən əyalətində keçirilən hərbi paradı ballistik raket və pilotsuz təyyarələrlə hədəfə alıblar. Onlarla ölü və yaralı var.

GunAz.az əl-Məsira telekanalına istinadla xəbər verir ki, (qərargahı paytaxt Sənada yerləşən) Yəmən Ordusu Ədəndə bir qərargahda keçirilən hərbi paradı orta mənzilli ballistik raket və "Qasif K2" pilotsuz təyyarələri ilə bombalayıb.

Məlumata görə Səudiyyə Ərəbistanın hərbi koalisiyası tərkibində döyüşən bu yerli qüvvələr onlarla ölü və yaralı verib.

Ölənlər arasında Səudiyyənin dəstək verdiyi Yəmən Ordusunun brqada generalı Munir əl-Yafei də var.

Səudiyyə Ərəbistanın KİV-ləri husilərin hərbi paradı vurmasını təsdiqləyiblər.

Husilər ötən ildə də Ədəndə hərbi parad zamanı qarşı tərəfi hədəfə almış və bir neçə yüksək rütbəli zabiti öldürmüşdülər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ