SON DƏQİQƏ

Raket çəkişməsi-QORXUNC ADDIM

Tarix:

3-08-2019, 08:15

/ 3 407 dəfə oxundu.
Raket çəkişməsi-QORXUNC ADDIM

ABŞ Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə qadağan edilən yerüstü qeyri-nüvə raketlərinin hazırlanmasına başlayır.

GunAz.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) saytında bildirilir.

Qeyd edilir ki, raket proqramları erkən mərhələdədir, çünki, Amerika tərəfi müqavilə üzrə öz öhdəliklərini son dərəcə dəqiq yerinə yetirirdi. İdarədən bildiriblər ki, ancaq indi raketlərin hazırlanması Rusiyanın hərəkətlərinə səmərəli cavab olaraq tam ölçüdə davam edəcək.

Qeyd edək ki, müqavilə avqustun 2-də rəsmən qüvvədən düşüb. ABŞ bildirib ki, məhz Rusiya tərəfindən pozulmasına görə müqavilədən çıxıb. Moskva isə dəfələrlə bəyan edib ki, müqavilə çərçivəsində hərəkət edir.

Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edirdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ