SON DƏQİQƏ
» » ABŞ Rusiya ilə danışıqlara hazır olduğunu açıqladı

ABŞ Rusiya ilə danışıqlara hazır olduğunu açıqladı

Tarix:

5-03-2019, 10:33

/ 10 182 dəfə oxundu.
ABŞ Rusiya ilə danışıqlara hazır olduğunu açıqladı

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinin dayandırılması haqda fərmanına münasibət bildirib. 

 

GunAz.az-ın “Rossiya 24 ”ə istinadən xəbərinə görə, bəyanatda bildirilir ki, rəsmi Vaşinqton Moskva ilə müəyyən şərtləri olmaqla bu müqavilə üzrə danışıqlara hazırdır.

Müzakirə şərtlərində isə “Amerika Birləşmiş Ştatlarının və onun tərəfdaşlarının təhlükəsizliyi” üçün maneəsiz yoxlamaların aparılması imkanı nəzərdə tutulur. 

 

Qeyd edək ki, 1987-ci ildə Nevada ştatında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında imzalanmış sazişdə Rusiya və ABŞ-ın mənzili 300-3400 mil aralığında olan raket alması, istehsal etməsi və ya sınaqdan keçirməsi qadağan edilib.

скачать dle 12.1

Şərhlər