SON DƏQİQƏ
» » Rusiya ABŞ-la bağlanmış müqavilədən çıxdı

Rusiya ABŞ-la bağlanmış müqavilədən çıxdı

Tarix:

4-03-2019, 23:16

/ 10 311 dəfə oxundu.
Rusiya ABŞ-la bağlanmış müqavilədən çıxdı

Rusiya prezidenti Vladimir Putin  “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinin dayandırılması haqda fərman imzalayıb.

Bu barədə Kremlin saytında yazılıb. 

 Fərman “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinin Amerika tərəfindən pozulmasından sonra “təxirəsalınmaz ölçülər götürmək məqsədilə” imzalanıb.

Rusiya Xarici İşlər Nazirliyinə bu barədə ABŞ-a məlumat vermək tapşırılıb. 

Qeyd edək ki, “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsi 1987-ci ildə ABŞ-la SSRİ arasında imzalanmışdı.

Fevral ayının 2-də Putin Vaşinqtonun müqaviləyə əməl etmədiyini, bunun qarşılığında rəsmi Moskvanın lazımi tədbirlər görəcəyini bəyan etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ