SON DƏQİQƏ
» » İran nüvə sazişinin bəzi bəndlərinin dayandırılması ilə bağlı növbəti xəbərdarlıq edib

İran nüvə sazişinin bəzi bəndlərinin dayandırılması ilə bağlı növbəti xəbərdarlıq edib

Tarix:

29-07-2019, 18:47

/ 1 893 dəfə oxundu.
İran nüvə sazişinin bəzi bəndlərinin dayandırılması ilə bağlı növbəti xəbərdarlıq edib

"İran nüvə sazişinin bəndlərinin dayandırılması istiqamətində üçüncü addımını atacaq. Bu 4+1 dövlətlərinin xarici işlər nazirlərinin toplantısının kafi olmamasına görədir."

GunAz.az İRNA-a istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi məlumat verib.

İran rəsmisi bu gün keçirilən mətbuat konfransında 4+1 dövlətlərinin İran nüvə sazişi ilə bağlı ötən günkü toplantısına münasibət bildirib və bu toplantının nəticələrinin kafi olmadığını deyib.

S. A. Musəvi Avropa ölkələri tərəfindən nüvə sazişinin öhdəliklərinə əməl edilməyəcəyi, xüsusilə də maliyyə köçürmələrini təmin edən İnsteks sisteminin işə salınmayacağı və onun əlverişli olmayacağı halda sazişin bəzi öhdəliklərinin icrasının dayandırılacağını vurğulayıb.

Qeyd edək ki, İran bundan öncə iki mərhələli addım çərçivəsində sazişin bir neçə bəndinin icrasını dayandırıb. İran sabiq xəbərdarlıqlar çərçivəsində "ağır su"yun və zənginləşdirilmiş uranın miqdarını və onun zənginləşdirilmə dərəcəsini artırıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ