SON DƏQİQƏ
» » Rəsmi Tehran ABŞ-ın yeni sanksiya addımına münasibət bildirib

Rəsmi Tehran ABŞ-ın yeni sanksiya addımına münasibət bildirib

Tarix:

8-06-2019, 12:53

/ 1 912 dəfə oxundu.
Rəsmi Tehran ABŞ-ın yeni sanksiya addımına münasibət bildirib

 "Bir həftə bundan öncə ön şərtlər olmadan danışıqlar təklif edirdilər. Bir həftə səbr etmək kafidir ki, Trampın müzakirə aparmaqla bağlı yalanları üzə çıxsın. Son sanksiya qərarı iqtisadi terrorun bariz nümunəsidir və ABŞ rəhbərliyi bilməlidir ki, maksimum təzyiqlər və onu getdikcə artırmaq iflasa uğramış siyasətdir."

GunAz.az İSNA-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Seyid Abbas Musəvi deyib.

ABŞ-ın son sanksiya qərarına münasibət bildirən İran rəsmisi bildirib ki, bu addım iqtisadi terrorun bariz nümunəsidir.

ABŞ sanksiyalarının nəticə verməyəcəyini bildirən İran rəsmisi vurğulayıb ki, bu sanksiyalar ABŞ-ın müzakirə təkliflərinin hiyləgərlikdən başqa bir şey olmadığını göstərir.

"Bütün ölkələr məsuliyyət daşıyır ki, Amerikanın beynəlxalq qərarları və konvensiyaları açıq aşkar şəkildə pozması qarşısında reaksiya göstərsinlər." deyə S.A. Musəvi beynəlxalq ictimaiyyətə nüvə sazişinin gələcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ Xəzinədarlıq Departamenti ötən gün elan edib ki, İranın neft-kimya sahəsində fəaliyyət göstərən 39 şirkətinə sanksiya tətbiq edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ