SON DƏQİQƏ

İvanişvili baş qanqsterdir - Asli

Tarix:

27-07-2019, 16:10

/ 1 312 dəfə oxundu.
İvanişvili baş qanqsterdir - Asli

Gürcüstan mafioz ölkədir və onun baş qanqsteri Bidzina İvanişvilidir.

GunAz.az xəbər verir ki, bunu “Rustavi 2”yə müsahibəsində Gürcüstanın Beynəlxalq Ticarət Palatasının rəhbəri Fadi Asli deyib.

Onun sözlərinə görə, ölkənin əsas banklarından biri olan “TBC Bank”a qarşı başladılan əməliyyatların əsas sifarişçisi məhz İvanişvilidir. O bu addımlar ucbatından Gürcüstan iqtisadiyyatının əziyyət çəkdiyini bildirib:

“Məni bu ölkənin taleyi maraqlandırır. Hər şey dağılır. Larinin kursunun, investisiyaların, iqtisadiyyatın, korrupsiyanın nə səviyyədə olduğuna baxın. İvanişvili Gürcüstan üçün təhlükəli adama çevrilib. Birbaşa investisiyalar gerçəkləşdirilmir, biznes və iqtisadiyyat isə İvanişvilinin adamlarının əlindədir. Onlar digərlərini öz bizneslərindən uzaq tutmağa çalışırlar və bunun üçün onlara hücum edirlər. Bura mafioz ölkədir, baş qanqster isə İvanişvildir”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ